Cızma-Qara

Həyatı yaşama sənəti

11 Okt, 2017

Hər sabah www.biryudumkitap.com-dan mail alıram. Bilməyənlər üçün qeyd edim ki, bu sayta daxil olaraq öz e-poçtunuzu qeyd edə və hər gün səhər müxtəlif bədii kitablardan bir hissə oxuya bilərsiniz. Həm türk, həm də dünya ədəbiyyatından seçilmiş kitablar olur. Dünya ədəbiyyatından olanlar da təbii ki, türkcəyə tərcümə edilmiş olur. Həftə sonları adətən şeir göndərirlər. Mən də adətən səhər yeməyi zamanı oxuyuram, yaxşı gedir. 🙂 Siz də yoxlaya bilərsiniz, istəmədiyiniz halda bu mail-lərdən imtina edə bilərsiniz. 
Çox uzun müddətdir abunə olmuşam, elə olur ki, yalnız başlıq hissələrini oxuyaraq keçirəm digər mail-ləri yoxlamağa, elə də olur  bütün yazını oxuyuram. Fikir vermişəm, sırf hər sona qədər oxuduğum yazı ya həmin anda hansısa sualıma cavab olur, ya da bir müddətdir ifadə etməkdə çətinlik çəkdiyim hansısa fikrin izahı. Bu da onlardan biri idi və bəlkə də mənim üçün daim izah etməkdə çətinlik çəkdiyim, bəzən də məni axmaq göstərən fikirlərdən biridir. Amma oxuyanda çox sevindim, bəlkə axmaq olmadığıma, bəlkə də axmaq olduğum halda mənim kimi başqa axmaqların da var olduğuna. Bu gün göndərilən mail cavan bir türk yazıçı, Ferhat Özkanın “Yoksunlar” kitabının 14-15-ci səhifəsi idi, maraqlı gəldiyi halda bütün kitabı da oxuya bilərsiniz. 🙂

DAVAMI