gəl səni yada salım,
hər il, ildə bir dəfə,
lap qüvvətlə əsəndə
ordan bizim tərəfə.

orda yetim düşdüm uşaqlığımdan,
orda öc almadım cavanlığımdan.
harda ki, qalıbdır sonuncu sözüm,
harda ki, tez bitdi qayğısız günüm.

əs ordan üzü bəri,
doğma səsləri gətir.
bəxşişini bol eylə,
isti bir nəfəs gətir.

ərit burda qışımı,
günəşdən bir pay gətir,
ərit donmuş dilimi,
öz dilimdən hay gətir.

yanağıma sığal çək,
donmuş üzüm açılsın.
köhnə uşaq ifadəm,
yenə yerini alsın.

ucadan gülüşümü
axtar tap küçələrdən,
yığ bir-bir ovucuna,
yenə özümə gətir.

küçələr çox boş qalsa,
saçlarımdan yol götür,
apar ver şəhərimə,
qoy məni unutmasın,
de, daha qəmim yoxdur,
qoy fikirə dalmasın.

Bir cavab yazın