Dünən yenə meşədə gəzəndə rəfiqəmlə müzakirə etdiyimiz bir mövzu yadıma düşdü. Uşaqlıq və yeniyetməliyimiz boyu oxuduğumuz kitabların mövzusunun həyatımıza  çevrilməsi barədə müzakirə aparmışdıq. Diqqət edin, bəlkə bu sizdə də belədir. Sırf ümumi olaraq mövzu baxımından eyni şeylər reallığa çevrilir sanki.

Uşaqlıq və yeniyetməlik dövründə oxuduğum kitablar mövzu baxımından bir-birinə bənzəyirdi. Təqribi deyim ki, əsasən tarixlə bağlı olurdu. Tarixi, tarixi filmləri, tarixi-romantik romanları bir sözlə tarixlə bağlı nə varsa maraq dairədə daxil olurdu. Amma buna emosional yanaşma mənim üçün mütləq idi. Tarixi oxumaqla yanaşı, dərin hisslər keçirməyim vacib idi.

Kitablarda daha çox hansı obrazların müdafiəsində durmalıyam deyə anlayırdım. O mənada ki, hansı obrazın emosional durumunu dərindən duya, anlaya bilirəmsə, hansı məkanları daha aydın təsəvvür edə, hansı mədəniyyəti daha çox mənimsəyə bilirəmsə və s. onlar kitabı bitirənə qədər mənim üçün doğmalaşırdılar. Sanki iki cəbhə var idi, hər birinin öz qalası, öz sərhəddi. Mən də, qeyd etdiklərimə uyğun gələnlərin tərəfində idim. Sanki onlarla bu qalanın içində yaşayırdım. Nə qədər sadiq olsam da, qarşı tərəflə ortaq məclislər, ortaq mübahisələr və s. xaricində heç nəyi görə bilməmək, sərhədlərini aşa bilməmək, aradakı təzadlar diqqətimi çəkirdi. İstəyirdim kitabın vərəqini qaldırım, altından qarşı tərəfin qalasının içini görüm. Amma bu mümkün deyildi, bəlkə yazıçı buna imkan yaratmışdı, amma mənim təsəvvürüm buna yetə bilmirdi. Hər yeni kitabda yeni obrazla qarşı tərəfin qalasının içinə girir, otaqları gəzir, geyimlərinə baxır, silahlarına toxunur, hərəkətlərini müşahidə edir, hisslərini anlamağa çalışırdım. Amma hər nə olursa olsun bizim öz qalamız xaricində baş verən hər şey barədə təsəvvürümüz yalnız onların bizə təqdim etdiyi qədərdir. Biz artığını təsəvvür edə bilmərik. Elə məni də cəzb edən şey yəqin bu idi. Bəlkə də biz ona görə gözləmədiyimiz, ağlımıza sığışdıra bilmədiyimiz şeyləri yaşamağa başlayırıq.

Oxumasaydım o mövzular həyatımın mövzusuna çevrilərdimi yaxud oxumsaydım buna necə hazır olardım? Görəsən oxudum deyə oldu yoxsa “ssenari” əvvəlcədən var idi, hazır olmaq üçün oxudum? Bilmirəm.

İnsanların hekayələrini dinləməyi çox sevirəm. Bu təəccübümü, həyəcanımı tərk etmək və müdrik ola bilməkdə kömək etmiş olur. Bəzən kitablarda, yaxud kimin üçünsə filmlərdə mövzunu istədikləri nəticəyə yönləndirmək üçün çox axmaq səslənən problemlər, mümkünsüz görsənən uğurlar seçirlər. Bu da ağlasığmaz dönüş nöqtələri yaradır. Biz də arada “gop da olsa maraqlıdır” deyirik. Amma insanların hekayələrini dinlədikcə həmin o axmaq probləmləri, mümkünsüz uğurları, ağlasığmaz dönüş nöqtələrini öz qulaqlarımızla eşitmiş oluruq. Bir də öz həyatınıza baxın. Gop deyilmiş. Uşaq vaxtı təsəvvürümüzdə yer edə bilmədiyimiz hər şey həyatımızda özünə yer edir. Bir də görürsünüz kitablarda oxuyaraq təsəvvürünü yaratdığınız səhnələrin ortasında ayaqlarınız dayanır. Həmin məkanların içində gəzir, həmin insanlara toxuna bilirsiniz.

Deyəsən mən qarşıdakı qalanın içinə girə bilmişəm. Burda hər yer meşəlik imiş.

 

 

* bu yazını oxuyandan sonra bu şeiri oxuyun: https://bit.ly/2vV9OBB

 

2 ŞƏRH VAR
  1. Peri
    1 il ago

    seni sevirik… bayramin mubarek )) yazini oxudum,dushunurem kitab oxumagi seven,oxudugunu obrazli shekilde canlandirmagi bacaram her kes hiss edib bu hissi)).. ugurlar,gozel qiz )))

    Şərh yaz
  2. Peri
    1 il ago

    birde onu qeyd edim ki)) gopda olsa maraqlidi dediyim chox olurdu menimde ama son 3ilde ele insanlarla tanish olub ele heyat hekayeleri dinledimki)) gordum ki ele deyilmish…gop deyilmish.. eslinde ne qeder yashanmishliklar var… bir film izleyib ola bilmez dediyimiz chox shey realda olub,olur…. bu yaxinlarda bir qizla tanish oldum adini Bir Qalanin sirri filminden dayisi goturub Metanet qoyub,iller sonra qarshilashdigi heyat yoldashinn emiside yoldashinin adini hemin filimden goturerek Elshen qoyub))) o danishdirdi mense qeh qehe ile gulurdum,anlayirdim ki eger bunu filmde gorsem hadi yaaa,gopda olsa maraqlidi deyerdim.ama ele deyildi))) bu real yashanmish heyat hekayesi idi ))) sevgilerle Peri )))

    Şərh yaz

Bir cavab yazın