arada o qədər darıxıram,
çarə tapa bilmirəm.
o qədər adam üçün,
darıxmağa yetmirəm.
°
bilmirəm ilk kimə yazım,
ilk kimdən əhval sorum
ilk kimi görmək üçün
yanına doğru yol qurum.
°
beynimdən uzaq düşmür,
fikirlərin savaşı.
darıxmaqdan bezdirir,
ürəyimin təlaşı.
°
bilmirəm yolları söyüm,
ya qaçılmaz əcəli,
bilmirəm gündüzü öyüm,
ya bitməyən gecəni.
°
buludlara baxıram,
fikrim səmada gəzir,
bəlkə sizin küləyiniz,
bizim havada əsir.
°
bəlkə quşlar da uçub,
gəlib bizim tərəfə.
nəğmə oxurlar mənə,
çox ürəklə, həvəslə.
°
ulduzları sayıram,
səmanın küncünədək,
səma da sərhədsizdir,
baxışım yetənədək.
°
birdən qırpılır gözüm,
çatmır yolun sonuna,
zillədiyim nəzərim,
qalır yolu yarıda.
°
siz də ordan səs salın,
səsiniz bura gəlsin,
ilişsin ağaclara,
meşəni əzizləsin.
°
günəşi bura qovun,
orda yay sona yetsin,
deyin, sizi yorubdur,
bir bura qonaq gəlsin.

Bir cavab yazın