oxuduğum kitablar,
həyatıma çevrildi.
o səhralıqdan çıxıb,
meşəyə doğru gəldi.
                    °
meşənin hər tərəfi,
məni qoynuna aldı.
bütün cığırları da,
bir anda doğmalaşdı.
                    °
qorxduğum hər şey birdən,
qorxmadığım şey oldu,
xəyalımdakı məkanlar
birdən həyatım oldu.
                    °
kitabların sətrində
ürəyimə ox vuran,
bütün ağır hisslərin
könlüm yuvası oldu.
                    °
o əsas qəhrəmanın,
getdiyi yol yadımda.
indi getdiyim yoldur.
əynindəki donu da,
indi mənim donumdur.
                    °    °    °
*bu şeiri oxuyandan sonra bu yazını oxuyun: https://bit.ly/2vtYA7v

photo: Imat Bagja Gumilar

Bir cavab yazın