8572-ci günəş
22 Okt, 2018

Doqquz il öncədən bəri,
ildə bir dəfə,
Neçə gündür yaşadığımı hesablayıram,
Əhvalıma düşəndə.

Can-fəşanlıqla günləri əlavə edir,
Nəticəyə baxıb-baxıb, dururam,
Günlər gözümə az görsənir,
Təkrar-təkrar sayıram.

Bu nədir ki, hələ? deyirəm,
Mən on dəfə də bir bu qədər günəşi qarşılayar,
On dəfə də bir bu qədər yola salaram,
Bir an belə yorulmaram.

Qarşılamadığım hər günəşin cəzasını istərəm,
Əvəzinə bir il daha çox yaşayar,
Qəzasını ödmədən ölmərəm.

8572-ci günəşim ölür bugün,
Nə gözəl ölür.

Onu bugünə bağlayar,
Bugünümə ağlayar,
sabaha oyanaram.
Sabah doğan günəşdən,
əlavə gün alaram,
Yaşamaqdan doymaram.

Bir cavab yazın