Bu nə işdir ilahi?
Başıma gətirmişəm.
Bəslədiyim ağacı,
Kötüyündən kəsmişəm.

***
Bu nə işdir ilahi?
Özümü təkləmişəm,
Özüm öz ürəyimə,
Dağ boyda dağ çəkmişəm.

***
Sən hardasan ilahi?
Olduğun yerdən bura,
Uzanırmı əllərin?
Onları uzat mənə,
Qoy oxşansın tellərim.

***
Bu nə işdir ilahi?
Birdən-birə yoruldum.
Özüm öz içimdəcə
Tənhalığa tutuldum.

***
Sən hardasan ilahi?
Olduğun yerdən bura,
Çatırmı ərkin sənin?
Sən ordan bir ərk elə,
Canıma bir qəsd elə.

***
Bu nə işdir ilahi?
Səsim də yetmir sənə.
Səsim olsun cəhənnəm,
Əks-sədam gəlmir sənə.

Bir cavab yazın