Film

Əli və Nino

10 Okt, 2016

 

Əli və Nino – səkkiz il sonra bu roman əsasında çəkilmiş filmi izləməyə getdim..Kitabı 14 yaşım olanda oxumuşdum. 9-cu sinifdə oxuyurdum və bu kitabı özümə hədiyyə etmişdim. Hətta deyə bilərəm, 2009-cu il, May ayının 9-u idi, məktəbə gedəndə mənə verilən 20 qəpikləri yığıb, 9 manat hazır etmişdim. Məktəbdən çıxıb gedib Ədəbiyyat muzeyinin daxilindəki kitab mağazasından 8 manata almışdım. O zamanlar milliyyətçi, türkçü və hətta çox dindar dövrlərim idi. Bəli, 14 yaşımda idim və bu kimi anlayışlarla yaxşı baş edə bilirdim. Baxmayaraq ki, bir nöqtədə bir-birinə ziddirlər. İndi bəzi şeylər mənə axmaqlıq kimi görsənsə də 14 yaşım üçün bu əla bir şey idi. 🙂

DAVAMI

Film

NABAT

9 Dek, 2015

Dünən Nizami kinoteatrında “Bizim Kino Günləri”nin yekunu olaraq “Nabat” filmi mediaya təkrar təqdim olundu. Doğrusu, filmi izləməmişdim, məhz bu səbəbdən də mənim üçün ilk oldu. Quruluşçu rejissoru Elçin Musaoğlu olan film Cəfər Cəbbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 2014-cü il istehsalıdır. DAVAMI